5 oktyabr 2024 at 15:23
Jurnalist kodu: 5564
Xəbər kodu: 85618352
T T
0 Persons

Əraqçi Bəşər Əsədlə görüşüb

5 oktyabr 2024 at 15:23
Xəbər kodu: 85618352
Əraqçi Bəşər Əsədlə görüşüb

Tehran - İRNA - Suriyada səfərdə olan İran İslam Respublikasının Xarici İşlər naziri bu ölkənin Prezidenti ilə görüşüb və tərəflər müxtəlif regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seyid Abbas Əraqçi bu gün (5 oktyabr) günortadan sonra Suriya Prezidenti Bəşər Əsədlə görüşüb. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Hamane bu gün səhər saatlarında X sosial şəbəkəsindəki şəxsi səhifəsində Əraqçinin Suriyaya gəldiyini bildirərək yazıb: “Xarici İşlər naziri Əraqçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya rəsmi görüş məqsədilə Dəməşqə gəlib.” 

Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, bu səfər zamanı Əraqçi Suriyanın yüksək rütbəli rəsmiləri ilə görüşəcək, onlarla ikitərəfli əlaqələr və regionda baş verən hadisələrlə bağlı məsləhətləşmələr aparacaq.” 

0 Persons

Sizin rəyiniz

You are replying to: .